19 il Başqansız...


16:43     04 Aprel 2016 turkes%20femida.az.jpg

Bu gün siyasi xadim, Türk milliyyətçi hərəkatının liderlərindən biri Alparslan Türkeşin vəfatının 19-ci ildönümüdür.


Femida.az xəbər verir ki, Alparsan Türkeş 1917-ci ildə Lefkoşada (Şimali Kipr) anadan olub. O illərdə ingilislərin əsarətində olan Kiprdən ailəsi ilə birlikdə Türkiyəyə köçməyə məcbur olub. Beləliklə də 1933-cü ildən İstanbulda yaşamağa başlayıblar.

Hərbi xidmət keçməyə böyük sevgisi olan Alparslan Türkeş 1933-cü ildə liseyə qəbul olunub. Liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra Ali Hərbi Məktəbə daxil olub. 1939-cu ildə Ali Hərbi Məktəbi kiçik leytnant rütbəsi ilə bitirərək, orduya qatılıb. 1948-ci ildə təhsilini təkmilləşdirmək üçün onu Amerikaya göndəriblər. 1955-ci ildə minbaşı rütbəsinə yüksələn Alparslan Türkeş Vaşinqtondakı Türk Genelkurmayının təmsilçilər heyətinə daxil edilib. 1959-cu ildə Almanyada Atom ve Nüvə məktəbinə göndərili və buradakı təhsilindən sonra polkovnik rütbəsi alıb.



1960-cı il çevrilişindən sonra bir sıra zabitlərlə birlikdə Alparslan Türkeş də ordudan təqaüdı çıxarılaraq Hindistandakı səfirliyə müşavir vəzifəsinə göndərilib. Sürgündəykən MBK başqanı Cemal Gürselə məktub yazaraq Yüksək Ədalət Divanında mühakimə olunan sabiq baş nazir Adnan Menderesin və onun yaxınlarının edam edilməsinin doğru olmayacağını bildirib.

1963-də ölkəsinə qayıdıb. Siyasətə atılıb. Dostları ilə birlikdə Cümhuriyyyətçi Kəndli Milllət Partiyasına daxil olub. O, 1963-1980-cil illər arasında 4 çağırış parlamentə Ankara və Adananın millət vəkili seçilib. Bu da 1965-69, 69-73, 73-77, 77-80-ci illəri əhatə edir. Eyni zamanda da 1975-ci ildən sonra qurulan 1-ci və 2-ci Milliyətçi Cəbhə hökümətləri dövründə baş nazir müavini vəzifəsində çalışıb.



Artıq 1980-ci ildə Alparslan Türkeş Türkiyənin ən öndə gedən simalarından - dövlət adamlarından biri kimi tanınırdı. 2 sentyabr 1980-ci ildə dövlət işindən ayrılıb. 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib, 4.5 il məhbus həyatı yaşayıb.

A.Türkeş 1987-ci ildə siyasətlə məşğul olmaq yasağı götürüldükdən sonra yenidən MHP-yə daxil olub. 4 oktyabr 1987-ci ildə Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri seçilib. Yozqatdan millət vəkili seçilərək yenidən parlamentin üzvü olub. 1991-ci ildə yenidən keçirilən sədr seçkisində uğur qazanıb.

1997-ci ildə, aprelin 4-də 80 yaşındaykən vəfat edib.




Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına xidmətə həsr eləyib. Hələ orta məktəb illərindən özünün türkçülüyü ilə fərqlənən Türkeş sonadək türkçülüyə sadiq qalıb və bu yolda hədsiz xidmətlər göstərib. Məhz bu xidmətlərinə görə ona Başbuğ adı verilib.

O, türk-milliyyətçi kəsimin (“Bozqurd”ların, Ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının banisidir. Alparsalan Türkeş həm də şanlı türk ordusunun polkovniki olub.




Alparslan Türkeş siyasi türkçülüyün ideoloji bazasını yaradanlardan biri hesab olunur. Onun "Dış türklər" postulatı Türkiyədə uzun illər tənqid olunsa da, SSRİ dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən və haqlı olduğu dərhal üzə çıxdı. Türkiyə dövlətinin həmin zamanlarda SSRİ-dən qopan türk dövlət və topluluqları ilə bütün əlaqələri hazır mexanizmləri olan Milliyyətçi Çalışma Partiyasının, Alparsalan Türkeşin üzərindən oldu. Çünki dövlət özü bu cür gəlişməyə hazır deyildi.



Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verirdi.

Müstəqillik dönəmində Alparslan Türkeş Azərbaycana da gəlib və bu səfər 1992-ci ildə keşirilən prezident seçkiləri ərəfəsində təsadüf edib. Hətta onun gəlişi Türkiyə mətbuatında da geniş əks olunub. “Azərbaycan seçim kampaniyasında” yazısında qeyd edilib ki, MHP lideri Alparslan Turkeş Azərbaycanda keçiriləcək prezident seçkilərində güclü namizəd Xalq Cəbhəsi Partiyasının sədri Əbülfəz Elçibəyin təşkil etdiyi mitinqdə “bozqurd” salamı ilə qarşılanıb.

“Alparslan Turkeş bu mintinqdə niyə iştirak edib?.. O zaman Türkiyə hökümətinin Elçibəyi dəstəklədiyi, ancaq bunu aşkar deyə bilmədiyi məlum idi. Türkeş rəsmi şəxs olmadığı üçün bu dəstəyi açıqca göstərə bilirdi və göstərdi” deyə Türkiyə mətbu nəşrlərində qeyd olunub.

Alparsaln Türkeş 1992-ci ilin may ayının 3-də Bakıda olub, Azadlıq meydanında Elçibəylə birlikdə xalqı salamlayıb. Eyni zamanda Azadlıq meydanında çıxışdan öncə Başbuğa medal da təqdim edilib. Meydanda toplaşan azərbaycanlılar tərəfindən böyük coşquyla qarşılanan Başbuğun çıxışı sürəkli alqışlanıb.



Türkeşin təlimatı ilə xeyli sayda ülküçü gənclər 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşlarda qəhrəmanlıqlar göstəriblər. Onun göstərişi və Elçibəy iqtidarının qatqısı ilə Tovuzun Kirən kəndində qurulan "Ruzigar" əsgəri düşərgəsi türk dünyasında bir əfsanə, o düşərgənin yaşayan könüllüləri isə qəhrəman obrazındadırlar.






Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2009