Bakıda məhkəmədə qan töküldü-Özəl


21:51     11 İyun 2015 img13064742.jpg


O, ittiham edildiyi maddəyə etiraz olaraq özünü ülgüclə doğrayıb.

Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün dəhşətli hadisə baş verib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmə prosesində ittiham olunan Xəyal adlı şəxs məhkəmə zalında, kamerada ülgüclə özünə xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə həmin şəxs Cinayət məcəlləsinin 181-ci maddəsi ilə ittiham olunub və törədilən cinayətdə sürücü qismində iştirak edib.

Prokuror ona 13 il 6 ay iş istədiyinə görə özünə xəsarət yetirib.
Məsələnin maraqlı olan tərəfi odur ki, ittiham olunan şəxs həmin ülgücü hansı vasitə ilə kameraya keçirib.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 5289