Azad Rəhimov: “İstefa verməyə hazıram...“


22:31     11 İyun 2015 Azad_Rehimov-2014.jpg

Birinci Avropa Oyunları ilə bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Gənclər və İdman naziri Azad Rəhimov birgə mətbuat konfransı davam edir.


Gənclər və idman naziri Azad Rәhimov idman obyetklərinin tikintisində korrupsiyaya yol verilməsi ilə bağlı sualı cavablandırıb.

"Sizә rәqәmlәr açıqlaya bilәrәm. Heç bir sübut olmadan bundan danışırlar. Bizim idman büdcәmiz ilә bağlı sual verirsizsə, 10 milyon büdcәmiz var. Bu milli komandanın sәfәrlәrinә vә tәlim kurslarına sәrf olunur. İdman obyektlәri üçün lәvazimatlar alınır və idman obyektlәri tikilir.

Dünyada tanınan istәnilәn audit şirkәti 10 milyon büdcəmizdәn 1 manat kәnara xәrclәndiyini sübut etsә, mәn vәzifәmdәn gedә bilәrәm. Biz maliyyә xәrclәrini hesabladıq. Bizim büdcәmiz әvvәlcәdәn 960 milyon manat idi. Daha sonra digәr xәrclәrә 1 milyard 1 milyon 74 min manat sәrf olunub. Bütün ölkәlәrdә belә oyunlar keçirilәn zaman xәrclәr artır.

Devalvasiya ilә bağlı xәrclər dәyişdi. 134 milyon manat әlavә xәrc devalvasiya ilә bağlı meydana çıxdı. Xaricdәn gәlәn mütәxәssislәrә böyük mәblәğdә xәrclәr gedir. Onlara yüksәk maaşlar verilir. Şәhәrdә olimpiya obyektlәri tikilir".

Nazir qeyd edib ki, əsas məqsədimiz idmandır və gənc nəsli sağlam ruhda yetişdirməkdir. O, bildirib ki, I Avropa Oyunlarının büdcəsi əvvəlcə 960 milyon manat olub. Sonradan 1 milyard 34 milyon manat oldu.

Açar sözlər:

Oxunub: 1229