“Dünya birliyi bunun qarşısını almasa…” - Əli Həsənov


22:40     11 İyun 2015 9KyoT4u6Ho0R1.jpg

“İlk Avropa Oyunları Ermənistan və Azərbaycan vətəndaşlarının yaxınlaşmasına kömək edəcək”.

Femida.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Əli Həsənov bu gün keçirilən mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Ermənistan xalqı separatçı rejimin girovuna çevrilib:

“25 ilə yaxındır ki, Azərbaycan torpaqları işğal altındadır və bir milyondan artıq qaçqın var. BMT-nin və digər beynəxalq təşkilatların Qarabağla bağlı konkret sənədləri var. Lakin Ermənistan buna məhəl qoymaq istəmir. Dağlıq Qarabağ problemi yalnız bölgədə deyil, bütün Avrasiyada, həmçinin, dünyada sülhün bərqərar olmasına maneədir. Əgər dünya birliyi bunun qarşısını almasa, Ermənistanı tutduğu mövqedən əl çəkməyə məcbur etməsə, həm region, həm də bütün dünyada sülh təhlükə altında olacaq. Beynəlxalq hüququn normaları bütün ölkələr üçün eyni səviyyədə tətbiq olunmalıdır”.

Açar sözlər:

Oxunub: 541