“Bu, Sarkisyanın növbəti hiyləsidir” - Aydın Mirzəzadə


01:35     05 Aprel 2016 aydin%20m6.jpg

“Mətbuatda Ermənistan prezidenti Serj Sərkisyanın hərbi əməliyyatların dayandırılmasını istədiyini və kompromislərə hazır olması haqda xəbər yayılıb. Bu, Sərkisyanın növbəti hiyləsidir. Çünki o, bunun üçün bütün hərbi birləşmələrin 1 aprel 2016-cı il tarixədək tutduqları mövqelərə qayıtması şərtini irəli sürüb”.


Bunu Milli Məclisin Təhlükəsizlk və müdafiə komitəsi sədrinin müavini, politoloq Aydın Mirzəzadə bildirib.

Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir: “BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini yerinə yetirmək əvəzinə o, Azərbaycan əsgərinin tökdüyü qanın üstündən keçib, yenidən riyakarlıq etmək istəyir. Sülh istəyən işğal etdiyi ərazilərdən öz qoşunlarını çəkməlidir, daha Azərbaycan Ordusunun geri çəkilməsini tələb etməməlidir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1668