Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb


04:20     05 Aprel 2016 lavrov97.jpg

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb.


Femida.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, planlaşdırıldığı kimi Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə iştirak edəcək: "Bakıda keçiriləcək üçtərəfli görüşdə nazirin iştirakı təxirə salınmayıb. Nazirlər görüşdə Dağlıq Qarabağdakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər”.

Femida.az

Açar sözlər:

Oxunub: 903