“Dünya ictimaiyyətini Ermənistana təsir göstərməyə çağırırıq” - Xələf Xələfov


15:13     05 Aprel 2016 xelef%20xelefov.jpg

“Azərbaycan dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həllinə səy göstərmək üçün Ermənistana təsir göstərməyə çağırır”.


Femida.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun Bakıda keçirilən 44-cü iclasında deyib. O, təmas xəttində baş verən son hadisələrdən narahat olduğunu qeyd edib: “Ermənistan Azərbaycan ərazisini tərk etməli və münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Nazir müavini cəbhədə baş verənlərin məsuliyyətinin Ermənistanın üzərinə düşdüyünü vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 505