Azərbaycan parlamentindən Sərkisyana - SON XƏBƏRDARLIQ


18:16     05 Aprel 2016 milli%20mec28.jpg

Milli Məclisdə Qarabağdakı son döyüşlərlə bağlı müzakirələr davam edir.


Deputat Zahid Oruc çıxışında bildirdi ki, 2 apreldən sonra Azərbaycanın həyatında Qarabağla bağlı yeni bir mərhələ başlayıb:

“Ona görə də biz bu gün qələbələrə görə Azərbaycan ordusunu təbrik etməliyik. Bu gün Azərbaycan ordusu vahiddir, xalq Ali Baş Komandanın yanındadır. Bu gün Ermənistanda ölən əsgərlərə görə günahkar Sərkisyandır. Azərbaycan əsgərinin əməliyyatı sübut etdi ki, Qarabağda erməni əhalisi yaşamayıb, sadəcə 30 minlik erməni silahlı birləşmələri yerləşdirilib. Ermənistan təzədən bu prosesi Rusiyanın nəzarəti altına salmaq istəyir. Ancaq orada savaşan nə Amerika, nə Rusiya, nə Türkiyədir. Qarabağda savaşan Azərbaycan ordusudur. Ordumuzun qələbəsini Azərbaycan vətəndaşı, siyasətçisi, diplomatı müdafiə etməyi bacarmalıdır”.

Spiker Oqtay Əsədov dedi ki, ermənilər ağır duruma düşüb: “Artıq Ağdərədən Şuşaya kimi bütün ermənilər qaçıb. Əsas məsələ budur. Bu, xalqımızın ordumuza inamının nəticəsidir”.

Vitse-spiker Bahar Muradova şəhid olanlara rəhmət dilədi. Dedi ki, o, bir gün əvvəl Füzulidə olub: “Müşahidə etdiyim, qürur duyduğum bir məqam var ki, budəfəki vəziyyət 90-cı illərdən fərqlidir. Sonuncu Ermənistan əsgəri Azərbaycan ərzisini tərk etdikdə biz öz məqsədlərimizə çatdığımızı deyə bilərik”. B.Muradova dedi ki, döyüş əməliyyatları, onların nəticələri ilə bağlı dəqiq mənbəyə istinad etmədən məlumat yaymaq olmaz. Ən əsası sosial şəbəkələrdəki paylaşımlara diqqət yetirmək lazımdır. Bu, ordakı insanları çox narahat edir. Vaxtından əvvəl hansısa informasiyanın yayılması həm ordumuzu, həm də rəsmi qurumlaı narahat edir.

B.Muradova dedi ki, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyəti qurumun ədalətli mövqeyini elan etməsini gözləyir və bu məqsədlə müraciət edib: “Son erməni əsgəri Azərbaycan ərazisindən çıxmayana qədər hansısa danışıqlardan, atəşkəsə gedilməsindən söhbət gedə bilməz. Bu, təmas xəttində yaşayan əhalinin bizdən istəyidir. İstəyimiz odur ki, beynəlxalq qurumlar öz vəzifələrini yerinə yetirsinlər. Qoy analarımız ağlamasın, Azrbacan torpağının hər qarışıında tökülən qanlar yerdə qalmasdın!”

Deputat Siyavuş Novruzov da çıxışa təbriklə başladı. Bildirdi ki, bütün Azərbaycan xalqı prezidentin və ordunun ətrafında birləşdi: “İkinci tərəfdən beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh deyil. Uzun illər ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyəti nəticəsində məsələnin həllində irəliləyişə nail olunmadı”. S.Novruzov dedi ki, Ermənistan KTMT ilə erməni əhalini sakitləşdirməyə çalışırdı: “Amma bu təşkilat bəyan etdi ki, müharibə Azərbaycan ərazisində getdiyi üçün ona qarışa bilmərik. Beləliklə bu mif də dağıldı”. YAP-çı deputat dedi ki, prezidentin əmri ilə o özü də bir əsgər kimi cəbhəyə getməyə hazırdır.

O.Əsədov dedi ki, ermənilər yalan xəbərlərlə dünyanı çaşdırmağa çalışır: “Onların bütün cavanları qaçıb. Hələ təmas xəttində savaş gedir, Şuşa şəhəri boşalır. Döyüşə 50 yaşdan yuxarı qocaları, 90-cı illərin saqqallıların göndərirlər. Dediyim kimi, ermənilərin mülki əhalimizi mərmi atəşinə tutmasına cavab olaraq ordumuz üç yüksəkliyi azad etdi. Bununla da ətraf ərazilərdə yaşayan dinc sakinlərin təhlükəsizliyi təmin olundu. Ancaq ermənilər dayanmır, yenidən həmin yüksəklikləri qaytarmaq istəyir. Hətta Sərkisyan deyir ki, Azərbaycan əvvəlki mövqelərə qayıdarsa, biz kompromisslərə hazırıq. Sənin kompromisin bizə lazım deyil. Sən bizim torpaqları boşalt!”

Deputat Musa Qasımlı mətbuata müraciətlə erməniləri könüllü yox, terrorçu, təcavüzkar, işğalçı adlandırmağa çağırdı: “Diqqətli olaq, bütün dünya bizi izləyir”.

Birinci vitse-spiker Ziyafət Əsəgərov xatırlatdı ki, atəşkəs rejimi elan olunan 1994-cü ildən bəri Ermənistan ordusu bir gün də olsun atəşkəsə əməl etməyib: “Səbr göstərdik, dözdük, səbrlə danışıqlara getdik. Ancaq ermənilər yenə də öz havadarlarının əli ilə yenə danışıqlarda imitasiya edib status-kvonu saxlamaq istəyirdilər. Son hadisələr göstərdi ki, ermənilər öz hədlərini aşırlar. Məlum oldu ki, Minsk Qrupunun həmsdərləri elə bunlara dayaqdırlar. Belə bir nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüquq işləmir. Ona görə ordumuz məsələyə qarışdı. Donuzu darıdan çıxartmaq üçün güc də tətbiq etmək lazımdır. Düşmən ordusu Azərbaycan ordusunun praktiki gücünü gördü. Vaxtilə hərbi paradda silahlarımızı göstərəndə ermənilər deyirdi Azərbaycan bu silahları paradda göstərmək üçün alıb. Son əməliyyatlar sübut etdi ki, bu, belə deyil. Ermənistan ordusu haqqında mif sabun köpüyü kimi əridi getdi. Erməni komandos deyirdi ki, bizdə elə silah var ki, Azərbaycan hələ onu görməyib. Hanı o silah?”

Z.Əsgərov qeyd etdi ki, Azərbaycan öz gücünü göstərəndən sonra beynəlxalq təşkilatlar hərəkətə keçib: “İndi görək bundan sonra beynəlxalq təşkilatlar hansı işləri görəcək”. Vitse-spiker əlavə etdi ki, bu əməliyyatlar Azərbaycan xalqının ordu və prezidentlə bir yerdə olduğunu təsdiqlədi. Bildirdi ki, güc strukturları arasında çox yaxşı koordinasiya var idi və bizim əməliyyatlar çox savadlı şəkildə hazırlanmışdı. O, bir məsələni də vurğuladı: “Hərbi əməliyyatlar Azərbaycan ərazisində gedir və erməni ordusu olan ərazidə mülki əhali yoxdur. Mülki əhali biz tərəfdə var, onlar həlak olur, yaralanır. Bunu Azərbaycanda olan diplomatik korpus öz ölkələrinə çatdırmalıdır”.

Bundan sonra Ombudsman Elmira Süleymanova illik hesabatını təqdim etdi.

Femida.az

Açar sözlər:

Oxunub: 3516