Daha bir şəhidimiz dəfn olundu - FOTOLAR


19:02     05 Aprel 2016 sehid%20%20(4)5.jpg

Cəbhə xəttində gedən döyüşlərdə erməni təxribatının qarşısını alan zaman şəhid olan Azərbaycan Ordusunun əsgəri Orucov Müşfiq Arif oğlu dəfn olunub.


Ötən gecə yaşadığı ünvana gətirilən şəhidin cənazəsi bu gün Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub. Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin (MN), Xətai və Zəngilan Rayon İcra Hakimiyyətinin (RİH) rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.

Tabuta sərilən döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub. Sonra 3 dəfə yaylım atəşi açılıb.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü M. Orucov 2015-ci ilin iyun ayında Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb.

Qeyd edək ki, Müşfiq Orucov vaxtilə ali məktəbə qəbul imtahanında 700 bal toplayıb.

Açar sözlər:

Oxunub: 3429