Bakıda binada yanğın: 7 nəfər zəhərlənib


20:01     05 Aprel 2016 tecili45.jpg

Bu gün Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın şaxtasında 1-ci mərtəbədən 16-cı mərtəbəyə qədər olan 300 p.m elektrik naqili yanıb. Yanğın zamanı tüstüdən zəhərlənən 7 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən aidiyyatı üzrə təhvil verilib və 4 nəfər binadan təxliyyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 716