“Ermənistan rəhbərliyi səhvini başa düşərsə...“ - İlham Əliyev
20:37 05 Aprel 2016
“Əsgərlərimiz sübut ediblər ki, Azərbaycanın dəyərli vətəndaşlarıdırlar".
Femida.az xəbər verir ki, bunu bu gün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında bu cəbhə bölgəsində ermənilərin hücumunu dəf edərkən yaralanmış və şəhid olmuş hərbçilərin ailə üzvləri ilə görüşündə Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, həmin əsgərlər layiqli vətəndaş kimi Azərbaycanda özlərinə layiqli həyat qurmalıdırlar və quracaqlar: “Biz o əsgərlərlə, onları böyüdən valideynlərlə fəxr edirik. Həkimlər yaralı əsgərlərin hamısının sağalacağını bildirdilər. Sağlamlıqları tam bərpa olunmalıdır, bərpa olunacaq. Bunun üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bu gün onlara və sizə öz təşəkkürümü bildirmək üçün gəlmişəm”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ərazi bütövlüyü uğrunda mübarizə aparmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb və olmayacaq. Ermənistan rəhbərliyi səhvini başa düşüb, danışıqlar masasında özünü səmimi apararsa, məsələnin sülh yolu ilə həlli üçün imkanlar var. Hər halda biz bunu istəyirik. Azərbaycan bu gün bir daha bəyan edir ki, birtərəfli qaydada bütün döyüş əməliyyatlarını dayandırır. Amma bir şərtlə ki, qarşı tərəf bundan istifadə etməsin. Onlar da atəşi dayandırsınlar, olduqları yerlərdə qalsınlar, tərpənməsinlər. Biz öz torpağımızdayıq, başqasının torpağında gözümüz yoxdur, heç bir başqa ölkənin torpağını işğal etməmişik. Amma heç kimə imkan verməyəcəyik ki, bizim torpağımızda hökmranlıq etsin. Artıq Azərbaycan dövləti də, ordusu da güclüdür. Bu gün müalicə alan əsgərlərimiz bunun ən gözəl sübutudur”.
Oxunub: 677
Oxşar xəbərlər
- “Ermənistanı dövlət kimi tanımırıq” - Pakistan Senatının sədr müavini
- “Ermənistan destruktiv siyasət yürüdür” - Xələf Xələfov
- “Ermənistan AİB-dən çıxarsa, heç kim Azərbaycanı durdura bilməyəcək” - Rusiyalı politoloq
- “Ermənistana elə zərbələr vuracağıq ki, taktikadan istifadə edə bilməyəcək” - Polkovnik
- “Ermənistan ordusunda kadr çatışmazlığı var”
- “Ermənistan danışıqların məntiqinə zidd hərəkət edir”
- “Ermənistan gizli silaha malikdir”- İşğalçı ölkənin daha bir cinayəti
- “Ermənistan bizi təxribata çəkir” - Bahar Muradova
- “Ermənistanda Ter-Petrosyan dönəmidir”
- “Ermənistanın mərmiləri kütləvi qırğın yaradır” - XİN