Prezident həmkarlarını təbrik edib


00:08     06 Aprel 2016 tebrik6.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqa təbrik məktubu ünvanlayıb.


Təbrik məktubunda deyilir: "Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".

Prezident İlham Əliyev Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjoya da təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir: "Myanma İttifaqı Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Myanma xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Femida.az

Açar sözlər:

Oxunub: 571