Minsk Qrupu atəşkəs qərarını alqışladı
02:47 06 Aprel 2016
ATƏT Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Minsk qrupunun həmsədrləri adından çıxış edən amerikalı həmsədr Ceyms Uorlik və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik ATƏT-ə üzv olan 57 dövləti Dağlıq Qarabağ münaqişəsində son baş verən hadisələrlə bağlı məlumatlandırıb.
C. Uorlik və A. Kaspşik hərbi əməliyyatların dayandırılmasını alqışlayıb, tərəfləri atəşəkəsə hörmətlə yanaşmağa çağırıb.
Onlar vurğulayıblar ki, davamlı atəşkəs əsasında siyasi proesə qayıtmaq çox vacibdir.
ATƏT-ə üzv olan dövlətlər razılığa gəliblər ki, son eskalasiya çox narahatlıq doğurur və ATƏT-in münaqişənin sülh yolu ilə həllini asanlaşdırmaq üçün mərkəzi rol oynamağa davam etməsi vacibdir: “ATƏT-ə üzv olan bütün dövlətlər Minsk qrupunu və həmsədrlərin fəaliyyətini dəstəkləməlidir”.
Qeyd olunub ki, həmsədrlər tezliklə A. Kaspişklə birlikdə regiona səfər edəcəklər.
Bununla yanaşı, A. Kaspşikin vəziyyət imkan verən kimi hərbi eskalasiya baş vermiş bölgələrə baş çəkəcəyi bildirilib. (Apa)
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- Minsk Qrupunun tərkibinə yenidən baxıla bilər
- Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək
- Minsk Qrupu daha bir bəyanat yaydı - Ermənistanı təxribatçı adlandırdı
- Minsk Qrupundan cəbgədəki vəziyyətlə bağlı BƏYANAT
- Minsk qrupu qondarma `referendum`u tanımayacaq - AÇIQLAMA
- Minskə əməliyyat qrupu göndərilib - Lapşini gətirmək üçün
- Minsk Qrupunda yeni təyinat - Fransa həmsədrini dəyişdi
- Minskdə `Nar bayramı` keçirilib – FOTO
- Minsk qrupu bu gün toplanır - Qarabağa görə
- Minsk qrupunun həmsədrləri sabah Qarabağı müzakirə edəcəklər