Ermənistan Bakı2015 Avropa oyunlarını canlı yayımlanacaq.


03:16     12 İyun 2015 92845.jpg

Bakıda keçiriləcək I Avropa Oyunları Ermənistanda canlı yayımlanacaq.


Femida.az-ın məlumatına görə, bu barədə Ermənistanın I kanalının mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, I Avropa Oyunları Ermənistanın ictimai televiziyası tərəfindən canlı yayımlanacaq.

Xatırladaq ki, bir müddətdir Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və aidiyyatı şirkətlərlə Ermənistan arasında danışıqlar aparılırdı.

Azərbaycanın gənclər və idman naziri, Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Ermənistan televiziyasının "Bakı 2015" I Avropa Oyunlarının yayım hüququnu aldığını bildirmişdi.

"Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyun tarixlərində keçiriləcək. Oyunlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı yarışacaq.

Açar sözlər:

Oxunub: 1007