Diqqət! Ölkəyə qanunsuz gətirilən telefonlar var


15:22     06 Aprel 2016 tel3.jpg

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib.

Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 577