25 yaşlı gənc kimyəvi məhlul içdi - Gəncədə


15:40     06 Aprel 2016 tecili36.jpg

Gəncədə zəhərlənmə hadisəsi olub.


Femida.az xəbər verir ki, şəhər sakini, 1991-ci il təvəllüdlü Eşqin Rəhimov kimyəvi məhluldan zəhərlənmə əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, E. Rəhimov təmizləyici kimi istifadə edilən kimyəvi məhlul içib və zəhərlənib. Onun məhlulu hansı məqsədlə içdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 562