Polisə qeyri-adi cəza-600 ağac əkməli
01:54 12 İyun 2015
Qadına qarşı gözyaşardıcı qazdan istifadə edən Türkiyə polisinə 20 aylıq həbs və 600 ağac əkmək cəzası verilib.
Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul məhkəməsinin qərarına görə, Fatih Zengin 10 ay səlahiyyətindən sui-istifadə, daha 10 ay isə sakinlərə qarşı zor tətbiq etmək maddələri ilə cəzalandırılıb.
Bundan əvvəl isə Zengin yarım il müddətinə 600 ağac əkməli və onlara su verib nəzarət etməli olacaq.
Qeyd edək ki, bu hadisə Gezi parkındakı aksiya zamanı, 2013-cü ilin iyununda baş vermişdi.
Üzünə bibər qazı sıxılan İstanbul Texniki Universitetinin tələbəsi Ceyda Sunqurdur. Onun bu şəkli qısa müddətdə yayılaraq məşhurlaşıb və “Qırmızı geyinmiş qadın” adı ilə tanınıb.
Avqusta qədər davam edən Gezi parkı hadisələrində 11 nəfər adam həlak olmuşdu.
Oxunub: 856
Oxşar xəbərlər
- Polisə yalan məlumat verən şəxslər saxlanılıb
- Polisə müqavimət göstərən şəxs zərərsizləşdirilib
- Polisə müqavimət göstərən silahlı şəxslər zərərsizləşdirilib
- Polisə yalandan “bomba var” deyən şəxs tutuldu
- Polisə xəsarət yetirən şəxs tutulub
- Polisə hücum edib, silahını aldılar
- Polisə ictimai dəstək qrupunun üzvü bıçaqlanıb
- Polisə ictimai dəstək olmaq istəyənlərin nəzərinə - İş var
- Polisə tabe olmasaq, bizi hansı cəza gözləyir? - Hüquqi şərh
- Polisə daha bir səlahiyyət verildi