Qardaşının qanını tökən şəxsə hökm oxundu


19:57     06 Aprel 2016 hokm%20oxu6.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Kamil Novruzəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


Femida.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə K. Novruzəliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 1-də baş verib. Əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Kamil Novruzəliyev münaqişə zəminində yaşadığı evin həyətində qardaşı, 1971-ci il təvəllüdlü Qabilə bıçaq xəsarəti yetirib. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K. Novruzəliyev tutulub.

Açar sözlər:

Oxunub: 862