Eks-prezidentin oğluna həbs-10 il


02:34     12 İyun 2015 96830.jpg

İranın sabiq prezidenti Əkbər Haşemi Rəfsəncaninin oğlu Mehdi Haşemi bu gün 10 il müddətinə azadlıqdan məhrum edilib.



Femida.az-ın məlumatına əsasən, M.Haşemi iqtisadi fəaliyyət sahəsində cinayətlərdə, eləcə də korrupsiyada, dövlət vəsaitlərinin mənimsənilməsində, fırıldaqçılıqda və dövlət təhlükəsizliyinin pozulmasında təqsirli bilinib.

Hüquq-mühafizə orqanları onu 2012-ci ildə həbs etdikdən sonra azadlığa buraxılmışdı. Bununla belə, M.Haşemi barəsində araşdırma dayandırılmamışdı.

Açar sözlər:

Oxunub: 786