Azyaşlı qız Ermənistana meydan oxudu - Cəbhə bölgəsindən VİDEOREPORTAJ


00:53     07 Aprel 2016 agdamli%20qiz.PNG

Femida.az və Qarabağ studionun cəbhə bölgəsindən növbəti reportajı.

Bir neçə gündür erməni silahlı birləşmələri cəbhənin müxtəlif istiqamətlərindən bir çox rayonlarımızı o cümlədən Ağdamda yaşayan dinc əhalini iriçarplı silahlardan və toplardan atəşə tutub.

Femida.az-ın müxbiri Ağdamın Baharlı, Xındırıstan , Sarıcallı kəndləri ərazilərində çəkilişlər aparıb. Apardığımız müşahidələr zamanı düşmənin atəş səsləri altında yaşayan, işləyən sakinlərin əhvali-ruhiyyəsinin yüksək olduğunu görmək mümkündür.

Çəkiliş zamanı erməni tərəfinin kəndlərimizi güclü artilleriya atəşinə tutuğu da kameralardan yayınmayıb. Buna baxmayaraq kənd əhalisi yaşadıqları evlərini tərk etməyib.

Düşmənlə üz-üzə yerləşən kəndin sakinləri güllə səsləri altında yaşamağın çətinliyindən də danışıb. Kameralarımıza tuş gələn məktəbli qız isə ermənilərin tez-tez məktəblərini atəş tutduğunu, buna görə də iki gündür məktəbə getmədiyini söyləyib.

Çəkiliş qrupumuz gecə boyu cəbhədə baş verən hadisələri də kənd sakinləri, o cümlədən digər rayonlarımızdan Ağdama döyüşmək üçün gələn insanlarla birlikdə izləyib.

"Ermənilərin gecə boyunca cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, biz evlərimizi tərk etməmişik. Əksinə, hər birimizi ön cəbhədə ordumuza dəstək olmağa hazırıq. Səfərbərlik olsa sabah hamı döyüşə hazırdır. Hamı ruh yüksəkliyi ilə səfərbərliyi gözləyir. Biz Ordumuza inanırıq, öz evimizdəyik" – deyə cəbhədə yaşayan sakinlər bildiriblər.

Femida.az Ağdam bölgəsindən hazırlanmış videoreportajı təqdim edir:



Miri Məcidli
Nicat Cəlilov
Femida.az


Açar sözlər:

Oxunub: 4301