Ermənilər Naxçıvanı da atəşə tutdu
02:21 07 Aprel 2016
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.
Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat daxil olub. Bildirilib ki, aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb.
Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub.
Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.
Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Oxunub: 2314
Oxşar xəbərlər
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Ermənilər üçün bəd xəbər
- Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir
- Ermənilər cəbhədə təxribat törədib
- Ermənilər Ağdamda təlim keçirir - Zirehli texnika yeridildi
- Ermənilərin etirazları nəticəsiz qaldı
- Ermənilər Qarabağda minaya düşdü - 3 hərbçi öldü (YENİLƏNİB)
- Ermənilər mövqelərimizə 2 mərmi atıb
- Ermənilər Bakıya gəlir