Qarabağ üçün 100 min imza - Petisiya


04:19     07 Aprel 2016 agdam4.jpg

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Dağlıq Qarabağ bölgəsini işğalçı Ermənistandan geri almaq məqsədilə imza kampaniyasına başlayıb.


Femida.az xəbər verir ki, "Biz Xalqıq" (We the People Petitions) adı altında aparılan kampaniya çərçivəsində 100 min imza toplanması hədəf götürülüb. Sözügedən kampaniyaya ən böyük dəstəyin Türkiyədən gəlməsi gözlənilir.

ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyişə nail olmaması AVCİYA-nı belə bir addım atmağa vadar edib.

AŞPA-nın 2085 saylı qərarı ilə "We the Petitions" kampaniyasına start verilib. Bu kampaniyaya əsasən, Ağ Evin saytında açılan petisiyaya 100 min imza verilməsi gözlənilir.

Petisiyaya dəstək olanlar ABŞ rəhbərliyindən Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının azad edilməsi və regionda bəşəri bir fəlakətin qarşısının alınması üçün dəstək tələb edir.

Açar sözlər:

Oxunub: 6823