Sumqayıt şəhidini belə qarşıladı- FOTOLAR+VİDEO


04:41     07 Aprel 2016 sehid111.jpg

Sumqayıt növbəti şəhidini gözləyir.

Cəbhə xəttində gedən döyüşlərdə Sumqayıt şəhər sakini, 13-cü mikrorayon ev 4-də yaşayan 1996-cı il təvəllüdlü Bayramov Şulan Bayram oğlu qəhrəmancasına şəhid olub.Şəhidin cənazəsi yaxın saatlarda yaşadığı ünvana gətiriləcək. Sumqayıt sakinləri şəhidin yaşadığı binanın önünə toplaşaraq qəhərəmanın ailəsinə dəstək nümayiş etdiriblər.

Qeyd edək ki,artıq Sumqayıt şəhərinin şəhidlərinin sayı 3-ə çatıb. Aprelin 4-də isə polkovnik-leytenant Raqub Orucov və müddətdən artıq hərbi xidmət qulluqçusu Murad Məmmədov şəhid olmuşdu.

Allah rəhmət eləsin! Vətən, başın sağ olsun!!!






Açar sözlər:

Oxunub: 2871