44 yaşlı kişi meşədə özünü asdı


15:27     07 Aprel 2016 46099%20(1)9.jpg

Qəbələdə intihar hadisəsi baş verib. Rayonun Tola kənd sakini özünü asıb.


Femida.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından ans press-ə verilən məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Elçin Abdullayev özünü evinin yaxınlığındakı meşə zolağında asaraq intihar edib. Mərhumun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Kənd sakinlərinin verdiyi məlumata görə, Elçin Abdullayevin oğlu aprel ayının 1-də hərbi xidmətdən qayıdıb.

Onun kənd ərazisində mağaza işlətdiyi, ancaq banklara kredit borcu olduğu bildirilir.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 665