Ermənilər yaralıları daşıyan maşını atəşə tutdu - FOTOLAR
16:25 07 Aprel 2016
Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.
Femida.az MN-in saytına istinadən bildirir ki, hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən, xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.
Oxunub: 899
Oxşar xəbərlər
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Ermənilər üçün bəd xəbər
- Ermənilər Azıx mağarasında qanunsuz “tədqiqatlar”ı davam etdirir
- Ermənilər cəbhədə təxribat törədib
- Ermənilər Ağdamda təlim keçirir - Zirehli texnika yeridildi
- Ermənilərin etirazları nəticəsiz qaldı
- Ermənilər Qarabağda minaya düşdü - 3 hərbçi öldü (YENİLƏNİB)
- Ermənilər mövqelərimizə 2 mərmi atıb
- Ermənilər Bakıya gəlir