“Qızıl Xaç”dan Bakı və İrəvana TƏKLİF


16:49     07 Aprel 2016 c3944b5cc44833b77f9acc2ced02d1e7.jpg

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik nəticəsində itkin düşmüş şəxslərlə bağlı tərəflərə öz neytral vasitəçi xidmətlərini təklif edib.


Femida.az xəbər verir ki, bu barədə BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O qeyd edib ki, BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün olan səylərinə öz aktiv dəstəyini təklif edib və müvafiq hakimiyyət orqanları ilə əlaqə saxlayır.

BQXK-nin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması yönündə olan istənilən səyləri sırf humanitar məqsəd daşıyır və ancaq itkin düşmüş şəxslərin və onların ailələrinin naminədir.

Qeyd edək ki, aprel ayının əvvəllərində cəbhədə baş verən döyüşlərdə erməni tərəfi 25 nəfərin itkin düşdüyünü açıqlayıb.

Açar sözlər:

Oxunub: 1921