Valideynlərin nəzərinə! Birinci sinfə qəbulun vaxtı dəyişdi


17:27     07 Aprel 2016 birin.jpg

Bakı şəhəri üzrə I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara martın 1-dən aprelin 5-dək aparılan elektron qeydiyyat yekunkaşıb.


Bakı şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, valideynlərin çoxsaylı müraciətlərinə əsasən, lisey və gimnaziyaların 1-ci sinfinə elektron qeydiyyatın vaxtı bu gündən etibarən bir neçə gün artırılıb.

Belə ki, I sinfə şagird qəbulu müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat 10 aprel saat 00:00-dək davam edəcək.

Qeyd edək ki, seçim üçün müsabiqələr (imtahanlar) aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.

Açar sözlər:

Oxunub: 496