Məzahir Pənahov AŞPA nümayəndəsi ilə görüşüb


21:37     07 Aprel 2016 mezahir399.jpg

Bu gün Avropa ŞurasıParlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.


MSK katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əlaqələrinə daim önəm verdiyini deyib və seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

S. Şennak ölkədə seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərlə maraqlanıb. M. Pənahov Azərbaycanın seçki sistemi, seçki qanunvericiliyi və vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün mütəmadi şəkildə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Nəzərə çatdırıb ki, bu layihələrin bir çoxu məhz nüfuzlu beynəlxalq təşkilatlarla birgə gerçəkləşdirilir.

Açar sözlər:

Oxunub: 644