Arvadından boşanan kişi evini yandırdı


02:57     08 Aprel 2016 yangin%20ev.jpg

Sabirabad sakini ailə münaqişəsi zəminində öz evini yandırıb.


Hadisə bu gün axşam saatlarında Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Abbasov Elçın Əliş oğlu yaşadığı evə benzin tökərək yandırıb. Fövqəladə Hallar Nazirliyinin Sabirabad Yanğından Mühafizə xidmətinin əməkdaşlarının yanğının baş verən an hadisə yerində olmaları yanğının genişlənməsinin qarşısını alıb. 61 kvadratmetrlik 2 mərtəbəli evin birinci mərtəbəsində qəsdən törədilən yanğın bir-neçə kvadratmetri əhatə edib. Hadisəyə ev sahibinin həyat yoldaşı ilə boşanması səbəb olub.

Faktla bağlı Sabirabad polis şöbəsində tədqiqat aparılır./apa/

Açar sözlər:

Oxunub: 748