Bakıda möhtəşəm şou: açılışda hansı ulduzlar olacaq?


17:32     12 İyun 2015 atesfesanliq.jpg

Bu gün Bakıda I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçiriləcək.

Bakı Olimpiya Stadionuna toplaşan tamaşaçılar üçün möhtəşəm şou hazırlanıb. Açılış mərasimində bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri də iştirak edəcək.

Möhtəşəm açılış mərasimin aparıcılığını tanınmış şoumen Murad Dadaşov və teleaparıcısı Hüsniyyə Məhərrəmova edəcək.

Mərasimdə həmçinin yerli və dünya ulduzları da iştirak edəcəklər.

Avropa Oyunlarının səhnəsində ilk ifa Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Alim Qasımov tərəfindən səsləndiriləcək.

Xanəndə AzVision.az-a açıqlamasında bu məlumatı təsdiqləyib: “Axşam böyük səhnəyə mən də çıxacam. Gözəl muğamlarımızı toplu halda ifa edəcəm və ora gələn qonaqlara Azərbaycanın mədəniyyət və incəsənətinin gözəliyini nümayiş etdirəcəyəm”.

A.Qasımov açılış mərasimində dünya ulduzlarının da iştirak edəcəyini bildirib. Xalq artisti məşhurların adlarını açıqlamaq istəməyib.

Açılış mərasimində Natiq ritm qrupu və tanımış rəqqasların qeyri-adi şousunu da izləmək mümkün olacaq.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsindən AzVision.az-a bildirilib ki, açılış mərasimi barədə məlumatları gizli saxlayırıq və hər bir azərbaycanlını da bu sirri qorumağa çağırırıq.

“Biz açılış mərasimini Azərbaycanda və dünyanın müxtəlif yerlərində izləyəcək milyardlarla insanın bu tamaşadan heyrətlənməsini və təsirlənməsini təmin etmək istəyirik. Buna görə də, heç bir ad yaxud hər hansı detalla bağlı məlumat vermirik” .

Tanınmış italiyalı aktrisa Ornella Mutti Facebook, Instagram və Twitter sosial şəbəkələrindəki şəxsi hesabında Azərbaycan paytaxtından olan fotolar paylaşıb.

Məşhur kinoulduz artıq Bakıdadır. O, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində qonaq qismində iştirak edəcək.

Açar sözlər:

Oxunub: 1134