l Avropa Oyunları hüquqşünasları birləşdirdi


18:31     12 İyun 2015 fem.png

Bakı 2015 ilk Avropa oyunlarının keçirilməsi ölkəmizdə hər kəsin diqqət mərkəzindədir. Hər zaman insanların hüquqlarının müdafiəsində dayanan Hüquqşünaslar və Vəkillər qrupu bu əlamətdar idman yarışının keçirilməsi münasibətilə müraciət ünvanlayıblar.


Femida.az müraciəti təqdim edir:

” Kollegalarımız hamınıza, heç bir siyasi don geyindirmədən, bir idman bayramı olan, vətənimizin, dövlətimizin və ümumi milli dəyərlərimizə hörmət edən hər kəsin qürurla anacağı bu əlamətdar gündə sabahınız xeyirli, uğurlu olsun deyirik. Hər kəsdən bir ricamız var, evə qonaq gələndə necə olursa, bu günü də elə qeyd edək. Çünki, qonaqlar əlamətdar günümüzə gələndə ikiqat bayram olur. Bu gün Azərbaycan və azərbaycanlılar üçün uğurlu olsun. Biz həmişə Azərbaycan və azərbaycanlı adı gələndə bir amalımız olur, hansısa əməlimizlə bu iki adla təmsil olunanların yanında və arxasında olmağı bacaraq. Müstəqil Azərbaycan bizim şərəfimizdir.Heç bir neqativi, hətta ən cüzi şeyi belə evə gələn qonağın yanında kişiliyimizə sığışdırıb danışmadıq, biruzə vermədik. Ümid edirəm, bu gün evimizin bütün Azərbaycan olduğunu hamı yaxşı bilir. Biz hüquqşünaslar olaraq, bu müddətdə və digər bütün zamanlarda sizin hüquqlarınızı qorumağa, insan haqlarının qorunmasına və bərpasına hər zaman hazırıq. Uğurlar.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1761