Bilgəhdə yol bağlıdı-Diqqət


20:39     12 İyun 2015 14.jpg

Bakının Bilgəh qəsəbəsində bəzi küçələri nəqliyyatın hərəkətinə məhdudlaşdırılacaq.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Femida.az-a verdiyi məlumata görə, Bakı 2015 İlk Avropa Oyunlarının Kişilər və Qadınlar arasında triatlon yarışları ilə əlaqədar, iyunun 13-də saat 08-30-dan 18-30-a qədər, 14 iyun tarixində 08:30 - 19:00 Bilgəh qəsəbəsində müəyyən yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Bilgəh qəsəbəsinin yerli yol şəbəkəsindən və “Jumeirah Beach Hotel” dairəsi ilə birləşən Aslan Salahzadə küçəsindən istifadə edə bilərlər.

Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Nardaran qəsəbəsi istiqamətində hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 628