Kanadada Qarabağla bağlı aksiya - FOTOLAR
14:51 11 Aprel 2016
Kanadanın Ontario əyalətinin paytaxtı Torontonun mərkəzində Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni təcavüzünün yenidən başlanması və Erməni silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yaşayan mülki əhalini hədəfə alan son hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.
Səfirlikdən Femida.az-a verilən xəbərə görə, aksiyada Toronto və onun ətraf rayonlarında yaşayan soydaşlarımız, o cümlədən azərbaycanlı tələbələr və türk icmasının üzvləri iştirak ediblər.
Əllərində Azərbaycan, Türkiyə və Kanada bayraqlarını dalğalandıran aksiya iştirakçıları Kanada Hökumətini və beynəlxalq təşkilatları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri qanuni işğalına biganə qalmamağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb etməyə çağırıblar.
Tədbir zamanı erməni hərbçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ ya ölüm” kimi şüarlar səsləndirilib.
Eyni zamanda, əllərində “əllərinizi Qarabağdan çəkin”, “oyan Kanada, ədaləti və Azərbaycanı dəstəklə!”, “Ermənistan, BMT-nin qətnamələrinə tabe ol və qoşunlarını Qarabağdan çək”, “23 illik qeyri-qanuni işğala son qoyulmalıdır” və s. oxşar şüarlı plakatlar olan aksiya iştirakçıları Ermənistan tərəfindən həyata keçirilən işğalçı siyasətə son qoyulmasını tələb ediblər.
Oxunub: 1022
Oxşar xəbərlər
- Kanadada qar uçqunu - 5 nəfər itkin düşüb
- Kanadada məsciddə atışma: 5 ölü
- Kanadada iki təyyarə toqquşdu
- Kanadada müsəlman gənci ölümcül döydülər
- Kanadadan Ukraynaya 6 milyon dollarlıq yardım
- Kanadada 3 İŞİD üzvü həbs edildi
- Kanadadan gələn poçt bağlaması şoka saldı
- Kanadada təyyarə qəza enişi etdi
- Kanadada məscid yandırıldı (FOTO)