Boşananlar evlənənlərdən 5 dəfə çoxdur - ŞOK STATİSTİKA


15:01     14 Aprel 2015 boshanma.jpg

Femida.az Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, 2015-ci ilin iki ayı ərzində nikaha girənlərin sayı boşananların sayından təxminən 5 dəfə çox olub.

Cari ilin ilk iki ayında 2,1 min boşanma halları qeydə alınıb. Eyni dövrdə rəsmi orqanlar tərəfindən ölkədə 11,1 min nikah qeydə rəsmiləşdirilib.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,2, boşanmaların sayı isə 1,4 təşkil edib.

Qeyd edək ki, 2015-ci il mart ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı 9611,7 min nəfərə çataraq ilin əvvəlindən 18,7 min nəfər və ya 0,2 faiz artıb.

Ölkə əhalisinin bir kvadrat kilometrə düşən sıxlığı 111 nəfər təşkil edir. Əhalinin ümumi sayından 53,1 faizi şəhər, 46,9 faizi kənd sakinlərinin, 49,8 faizi kişilərin, 50,2 faizi isə qadınların payına düşür. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür.

Femida.az

Açar sözlər:

Oxunub: 346


Oxşar xəbərlər