İsrail Azərbaycana yeni dronlar satacaq


20:00     12 Aprel 2016 dron.jpg

Yaxın günlərdə İsrail tərəfindən Azərbaycana yeni pilotsuz uçuş aparatlarının satışı planlaşdırılır.


APA-nın “panarmenian.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin Merets Partiyasının rəhbəri Zexava Qalonun bu ölkənin müdafiə naziri Moşe Yalona göndərdiyi etiraz məktubunda bildirilir.

Z. Qalon məktubunda müdafiə nazirini silah satışını dayandırmağa çağırıb: "Ermənistan və Azərbaycan İsrail üçün dost ölkələrdir. İsrail silahlarının Dağlıq Qarabağ müharibəsində tətbiq edilməsi qəbuledilməzdir”.

Z. Qalon qeyd edib ki, Azərbaycan və İsrailin silah razılaşmalarının ümumi dəyəri 5 milyard dollar təşkil edir.

Açar sözlər:

Oxunub: 1408