Daha bir şəhidimiz izdihamla dəfn edildi
01:44 13 Aprel 2016
Cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin hücumunun qarşısını alarkən gedən döyüşlərdə şəhid olan Azərbaycan ordusunun hərbi qulluqçusu Beyləqan rayonu Dünyamalılar kənd sakini Mirzəyev Məhəbbət Ədalət oğlu son mənzilə yola salınıb.
Femida.az AzərTAc-a istinadən xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Beyləqan və Xocavənd Rayon İcra hakimiyyətlərinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin zabit və əsgərləri, Qarabağ müharibəsi veteranları, gənclər iştirak ediblər.
Mərasimdə çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, bütün şəhidlərə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildiriblər.
Şəhidin cənazəsi izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşi altında torpağa tapşırılıb, məzarı üstünə əklil və tər qərənfillər qoyulub.
Şəhidin tabutu üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq ailəsinə təqdim edilib.
Femida.az
Oxunub: 759
Oxşar xəbərlər
- Daha bir avtobus qəzası - Piyada öldü
- Daha bir yol yenidən qurulur
- Daha bir yaşlı insanı maşın vurub
- Daha bir piyada ölümü - `20 Yanvar`da
- Daha bir Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb
- Daha bir metro stansiyası təmirə bağlanır
- Daha 3 rayonda ASAN Xidmət açılacaq
- Daha bir ölkə səfirliyini Qüdsə köçürdü
- Daha bir küçə təmirə bağlanır
- Daha bir jurnalist vaxtsız vəfat etdi