3 ölkənin rəhbəri bir arada-Bakıda


14:31     13 İyun 2015 11535903_1079072138799731_4051719534825425763_n.jpg

Bu gün Bakıda I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirilib.


Femida.az xəbər verir ki, açılış mərasimində bir neçə ölkə lideri, rəsmi nümayəndələr iştirak edib.

Bakıdakı açılış mərasimi çərçivəsində gözlənilən görüş də baş tutub. Belə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə görüşüb.

Sözügedən görüşün anonsu Rusiya mətbuatında 1 həftədən çoxdur ki, verilirdi. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Bakı görüşünü belə şərh etmişdi:

“Əslində bu, çox mühüm görüşdür. Birincisi, onlar (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) çoxdandır görüşmürlər, Rusiya və Türkiyə həm iqtisadi-ticarət, həm investisiya, həm də digər sahələr üzrə iri layihələrdə mühüm tərəfdaş olaraq qalırlar.

Ona görə də dövlət rəhbərlərinin görüşü zamanı gündəmdə olan məsələlərin siyahısı çox genişdir, həm də bu görüşlər Türkiyədə baş tutan Parlament seçkilərindən sonra olacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 783