Cəbhədə növbəti təxribat - Erməni hərbçi yaralandı


14:14     13 Aprel 2016 ermeni94.jpg

Aprelin 5-də cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasına baxmayaraq, düşmən tərəfi ordumuzun mövqelərini atəşə tutmaqda davam edir.


Müdafiə Nazirliyinin bu gün yaydığı rəsmi məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 126 dəfə atəş zərbəsi endirib.

Erməni KİV-ləri xəbər verir ki, bu gecə cəbhə xəttində baş verən atışma zamanı Ermənistan ordusunun daha bir hərbçisi yaralanıb. Yaralı hərbçinin kimliyi hələlik açıqlanmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1365