“Qaregin mənimlə görüşə gəlmədi” — Şeyxülislam


16:02     13 Aprel 2016 allahsukur9.jpg

“Azərbaycanın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm və onlara başsağlığı verirəm. İnanıram ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq”.


Femida.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də şəhidlərimizin xatirəsinə hərs olunan tədbirdə deyib.

A.Paşazadənin sözlərinə görə, son hadisələr göstərdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə hazırdır: "Biz çətin dövrlərdən çox keçmişik. Bu gün insanlarda bir Vətən ruhu, sevgisi var. Azərbaycan həm daxildən, həm də xaricdən tam dəstəklənir. Bu dövlətin apardığı siyasətin nəticəsidir. Biz inanırıq ki, torpaqlarımız işğaldan azad olunacaq. Bütün dünya bilir ki, bu torpaqlar Azərbaycanın torpaqlarıdır".

A.Paşazadə qeyd edib ki, əgər Ali Baş Komandan əmr etsə, Azərbaycan məsələni hərbi yolla həll etməyə qadirdir: "Biz şəhidlərimizi heç vaxt yaddan çıxartmamalıyıq. İnanıram ki, qələbə bizimdir və biz bunu qazanacağıq".

QMİ sədri cəbhə xəttində baş verən hadisələr zamanı Rusiyanın patriarxı Kirillin tutduğu mövqeni də dəyərləndirib:

"Bu məsələlərdə patriarx Kirillə təşəkkür edirəm. Patriarx Qarabağ məsələsinin ədalətli həllinə tərəfdardır, bir rayonun olsa belə, qaytarılmasını istəyir. Cəbhədə baş verən son hadisələrdən sonra Qareginlə məni görüşdürmək istəyirdi. Lakin Qaregin görüşə gəlmədi".

Femida.az

Açar sözlər:

Oxunub: 1114


Oxşar xəbərlər