Girovlarımıza işgəncə verən erməni qadın cəzalandırılacaqmı?


18:53     13 Aprel 2016 girovlarimiza.jpg


Aida Serobyan adlı erməni qadın azərbaycanlı girovların üzərində müxtəlif təcrübələr aparması ilə məşhurdur. O, müxtəlif amputasiya və inyeksiya metodlardan istifadə etməklə böyüklərin və körpələrin qətl və şikəst edilməsində iştirak edib, etdikləri əməyi müqabilində Ermənistanın və Qarabağdakı separatçı rejimin “Hərbi xidmətlərinə görə” medalları ilə, 2011-ci ildə isə “İgidliyə görə” medalı ilə təltif edilib.

Sual yaranır:

Serobyan bu əməlləri nə vaxt və hansı formada cəzalandırıla bilər?


Femida.az sualı hüquqşünas Fərhad Mehdiyevə ünvanladı.

Hüquqşünasın sözlərinə görə, Serobyanın beynəlxalq tribunal tərəfindən məsuliyyətə cəlb edilmə ehtimalı demək olar ki yoxdur:

“Aida Serobyan haqqında mətbuatda yayılan məlumatlar daha dərindən araşdırılmalıdır. Amma onun Melkonyanın dəstəsində vuruşması, habele “döyüşən qadınlar birliyinin” sədri olması, böyük ehtimalla onun azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftar sərgilədiyinə bir işarədir. Barbarlıqda ad çıxaran ermənilər hər fürsətdə bizim əsir və girovlara qarşı qeyri-insani rəftar sərgiləyib.

Hadisənin ikinci hissəsi, Aida Serobyanın – əgər sübut olunsa – bu əməllərinin məsuliyyət yaradıb-yaratmadığı ilə bağlıdır.

Eyni zamanda yaranması halında, Serobyanın hansı məhkəmədə mühakimə olunacağı sualı ortaya çıxır. Serobyana aid olduğu iddia edilən əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayət hesab oluna bilər. Bu cür əməllər 1945-ci il tarixli Beynəlxalq Nürnberg Tribunalının Statusundan başlayaraq (6-ci maddede yer alır, Ruanda ve keçmiş Yugoslaviya Herbi Tribunalların statusunda var), ən son 1998-ci il tarixli bəynəlxalq Cinayət Məhkəmsinin statusuna qədər (5-8-ci maddələr) müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qəbul edilir. Bu məsələdə mübahisə yoxdur. Lakin Serobyanın bir beynəlxalq tribunal tərəfindən məsuliyyətə cəlb edilmə ehtimalı demək olar ki, yoxdur. Nəzəri olaraq, ancaq BMT TŞ qərarı əsasında yaradılması mümkün olan hərbi tirbunala yurisdiksiya verilə bilər. Lakin bunun baş tutma ehtimalı olduqca aşağıdır. Çünki dünyada, məsələn, Afrikada, bu cür hadisələr tez-tez təkrarlanır. Hər bir xırda çaplı belə hadisə üçün tribunal yaradılması BMT TŞ resurslarını aşan məsələdir. 1998-ci il tarixli statusla BCM-nin yaradılmasının məqsədi bu idi ki, beynəlxalq cinayətlərin qarşısının alınması və mühakimə edilməsi daha effektiv ve sürətli olsun. Ve o tarixdən sonra da artıq BMT TŞ-nın ayrıca hərbi tribunallar qurmayacağı aydın olur. Lakin BCM ancaq onun statusunun ratifikasiya edildiyi tarixdən sonra meydana gələn hadisələrin cinayətkarlarını mühakimə edə biler. Nə Ermənistan nə də Azərbaycan BCM-nin statusunu indiyə kimi ratifikasiya etməyib”.



Fərhad Mehdiyev qeyd etdi ki, Serobyan hər hansı dövlətin milli məhkəməsində mühakimə edilə bilər:

“Başqa bir sözlə “ratione temporis” məsələsinə görə Serobyan mühakimə edilə bilməyəcək. Nə də ki, bu əməllərə görə Ermənistanı bir dövlət olaraq AİHM-ə vermek mümkün deyil. Yenə də “ratione temporis” məsələsinə görə. Lakin Serobyan hər hansı dövlətin milli məhkəmlərində mühakimə edilə bilər. Beynəlxalq cinayətlərə müddətin keçməsi şamil edilmir. Yəni müddətin keçməsi ilə onların məsuliyyəti aradan qalxmır. Bunu da 1968-ci il tarixli BMT konvensiyası tənzimləyir. Dövlətlərin çoxu bu konvensiyaya tərəfdir. Başqa bir sözlə, Serobyan yaşından asılı olmayaraq, tutulduğu an mühakimə ediləcəkdir. Bunun üçün Serobyan haqqında Azərbaycanda cinayet işi açılmalı, lazımi sübutlar toplanmalı, sonra bunlar İngilis ve Fransız dillərinə tərcümə edilib İnterpola göndərilməli ve beynəxalq axtarışa verilmelidir. Serobyan bele halda öz ölkəsini tərk etdikdə tutula bilər ve Azərbaycana gətirilərək mühakime edilə bilər”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 7724


Oxşar xəbərlər