Avropa Oyunlarını izləməyə gələn rəsmilər-SİYAHI


14:44     13 İyun 2015 813574.jpg

Hazırda ölkədə keçirilən “Bakı-2015” birinci Avropa Oyunlarını izləmək məqsədi ilə dünya dövlətlərinin başçıları və hökümət rəhbərləri Bakıya toplaşıb.


Bu günkü günə olan məlumata görə, hazırda ölkəmiz onlarla dövlətdən gələn prezidentləri və nazirləri qonaq qismində qəbul edib.Xatırladaq ki, açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından Heydər Əliyev Mərkəzində rəsmi qəbul da təşkil edilib.

Femida.az hazırda ölkəmizə “Bakı-2015” birinci Avropa Oyunlarını izləmək üçün gələn dövlət və hökumət rəhbərlərinin siyahısını təqdim edir:

1. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.
2. Rusiyanın prezidenti Vladimir Putin
3. Monteneqro Prezidenti Filip Vuyanoviç
4. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç
5. Belarus Prezidenti Aleksandr Lukaşenko
6. Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov
7.Tacikistan Prezidenti Emoməli Rəhmon
8. Serbiya Prezidenti Tomislav Nikoliç
9. Monako Knyazlığının şahzadəsi II Albert
10. San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini
11. Bolqarıstanın Baş naziri Boyko Borisov
12. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili
13. Qırğızıstanın Baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov,
14. Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek
15. Slovakiya Parlamentinin sədri Peter Pelleqrini,
16. Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri
17. Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf
18. Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev
19. Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron
20. Ukrayna Dövlət Fiskal Xidmətinin sədri
21. Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov
22. Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani
23. Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad
24.Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah,
25.Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov
26. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
27. Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi
28. İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi
29. Türkiyənin energetika naziri Taner Yıldız
30. Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud
31.Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca
32. İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri
33. Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1806