İlham Əliyev Ərdoğanla Qarabağı müzakirə etdi - FOTOLAR


01:54     14 Aprel 2016 ilham%20aliyev82.jpg

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.


Femida.az xəbər verir ki, görüş Mabeyn Köşkündə baş tutub.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulandı. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olundu. İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin münasibətlərimizin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırıldı. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin möhkəmləndirilməsində rolu, ölkələrimizin energetika və digər sahələrdə qlobal layihələrdə əməkdaşlığının önəmi qeyd edildi.

Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olundu. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Türkiyə vaxtı ilə saat 17:50-də başlayan görüşdən sonra prezidentlər şam yeməyi üçün eyni avtomobildə Savarona Yatına gedib.






Femida.az

Açar sözlər:

Oxunub: 1724