Stepan Mesiç İlham Əliyevə məktub göndərib


23:52     14 Aprel 2016 mesic.jpg

Xorvatiyanın sabiq prezidenti, Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Stepan Mesiç Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.


Femida.az xəbər verir ki, S. Mesiçin məktubunda deyilir:

“Hörmətli cənab prezident, icazə verin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi vəziyyətin kəskinləşməsi ilə bağlı dərin narahatlığımı ifadə edim. Münaqişə zonasında mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə bağlı sizə dərin hüznlə başsağlığı verirəm. Atəşkəs rejiminin tezliklə bərpa edilməsinə, həlli uzanmış bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə uyğun olaraq birdəfəlik həllinə ümid edirəm”.

Femida.az

Açar sözlər:

Oxunub: 1212


Oxşar xəbərlər