Natalia Quli: “Azərbaycanda tolerantlığın şahidi oldum”


17:48     13 İyun 2015 nat.jpg

“Azərbaycanda tolerantlığın, yüksək dini, milli dözümlülüyün şahidi oldum”.


Femida.az-ın məlumatına görə, bunu Fransa senatının üzvü Natalia Quli bu gün Bakıda Mətbuat Şurasının təşkil etdiyi görüşdə bildirib. O qeyd edib ki, ötən gecə Birinci Avropa Oyunlarının açılışında Ermənistan nümayəndə heyətinin keçidinə yaradılan şərait buna misal kimi göstərilə bilər: “Bu adi məsələ deyil, iki ölkə arasında münasibətlərin gərgin olduğu vaxtda yaradılan şərait yüksək dözümlülükdən xəbər verir”.

Senat üzvünün sözlərinə görə, Azərbaycan Qərbin tərəfdaşıdır: “Azərbaycanın strateji mövqeyi bizim üçün əhəmiyyətlidir. Biz regionda Azərbaycana strateji tərəfdaş kimi böyük önəm veririk”.

Açar sözlər:

Oxunub: 677


Oxşar xəbərlər