Biznesmenin evindən oğurluq edilib


21:03     15 Aprel 2016 israil0.jpg

Bakıda evindən külli miqdarda pul oğurlanan İsrail vətəndaşının biznesmen olduğu üzə çıxıb.


Femida.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda yaşayan və mənzilindən külli miqdarda pul və bahalı qol saatları oğurlanan 1964-cü il təvəllüdlü Aleksandr Şapiro Suliman Yaxın Şərqdəki Azərbaycanlıların Konqresinin sədri, həmçinin "İsrail-Azərbaycan Beynəlxalq Tibb Mərkəzi"nin rəhbəridir.

Hazırda oğurluq hadisəsi ilə bağlı Nərimanov rayon Polis İdarəsində açılmış cinayət işinin istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 932