CİA-nin “11 sentyabr” hesabatı


19:15     13 İyun 2015 ben%20laden.jpg

Həmin hesabatdan məlum olur ki, keçmiş ABŞ Ədliyyə naziri Reno Usama Bin Ladenin öldürülməsi planına mane olub.


CİA “11 sentyabr” hadisələri ilə bağlı hesabatında yer alan keçmiş CİA direktoru Corc Tenetin məktubunda göstərilir ki, keçmiş ABŞ Ədliyyə naziri Cenet Reno 1998-ci ildə “Əl Qaidə” lideri Usama Bin Ladenin öldürülməsi planlarına mane olub.

2007-ci ildə özət qismi açıqlanan hesabatın 500 səhifəlik tam versiyası ictimaiyyətə çatdırılıb.

Hesabatda yer alan məktuba əsasən o da məlum olub ki, ABŞ höküməti Bin Laden və tərəfdarlarının öldürülməsi yox, ancaq əsir alınması ilə bağlı tapşırıq vermişdi.
Qeyd edək ki, Corc Tenet, 1997-2004-cü illər arasında CİA-nın direktoru vəzifəsində çalışıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 826


Oxşar xəbərlər