Səfirlik əməkdaşının döyülməsi təsdiqləndi


16:25     16 Aprel 2016 sefirlik7.jpg

“Aprelin 15-dən 16-na keçən gecə Azərbaycan səfirliyinin konsulluq şöbəsinin müdiri Emil Məhərrəmov taksi ilə evə gedərkən sürücü tərəfindən qəddarlıqla döyülüb”.


Femida.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, E. Məhərrəmov təcili yardım maşını ilə şəhər xəstəxanalarından birinə çatdırılıb, ona orada təxirəsalınmaz tibbi yardım göstərilib.

İnsidentlə əlaqədar səfirlik hadisənin səbəblərini araşdırmağa çalışır. Xəsarət alan E. Məhərrəmov isə hüquq-mühafizə orqanlarına müraciət edib. /APA/

Açar sözlər:

Oxunub: 995