Davudoğlu Ruhani ilə görüşü


17:28     16 Aprel 2016 davutoglu-ruhani.jpg

Türkiyədə rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhanilə Türkiyənin baş naziri Əhməd Davudoğlu görüşüb.


Görüş zamanı Ə.Davudoğlu PKK və İŞİD kimi terror təşkilatlarıyla mübarizədə Türkiyənin qərarlı olduğunu vurğulayıb.

Davudoğlunun Ruhanilə iki saat davam edən görüşündə ikitərəfli münasibətlər, regional məsələlər və İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısı başda olmaqla üzrə bir çox mövzular müzakirə edilib.

Müsbət abu-havada keçən görüşdə, xüsusilə, İrana tətbiq olunan sanksiyalar qaldırıldıqdan sonra iqtisadi birliyin inkişaf etdirilməsi, banklararası əlaqələr, ticarət həcminin yüksəldilməsi, gömrük girişlərinin artırılması, rahatlaşdırılması və qarşılıqlı investisiyaların artırılmasıyla bağlı danışılıb, razılıqlar əldə edilib. Suriya ilə bağlı sülh yolunda ölkə bütövlüyünün qorunması və faciələrin tezliklə sona çatdırılması üçün səylərin davam etdirilməsinə də toxunulub.

Baş nazir Əhməd Davudoğlu terror təşkilatlarıyla mübarizədə Türkiyənin qərarlılığını söylədiyi zaman İran prezidenti Həsən Ruhani də öz növbəsində DAEŞ, PKK kimi terror təşkilatlarının İran və Türkiyənin ortaq düşməni olduğunu vurğulayıb.

Türkiyənin ev sahibliyi ilə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Zirvə Toplantısında İslam ölkələri arasındakı ixtilafların aradan qaldırılması, üzv ölkələrlə iş birliyinin inkişaf etdirilməsi, İslamofobia və terrorla mübarizədə birlikdə çalışılmaqla bağlı müqavilələr imzalanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 834


Oxşar xəbərlər