Mogerini İrana səfər edib


18:30     16 Aprel 2016 moqerini4.jpg

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini birgünlük səfərlə İranın paytaxtı Tehrana gedib.


Femida.az-ın IRNA-ya istinadla verdiyi xəbərə görə, səfər zamanı xanım Mogerininin İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə danışıqlar aparması planlaşdırılıb.

Tehranda baş tutacaq danışıqlarda, həmçinin İranla Avropa İttifaqının ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi məqsədilə bank sahəsində əməkdaşlıq, investisiyalar və ticarətə xüsusi diqqət ayrılacağı nəzərdə tutulur.

Mogerini ilə birlikdə İran paytaxtına Aİ-nin energetika, elmi araşdırmalar, ətraf mühit, təhsil və digər məsələlər üzrə yüksək vəzifəli komissarlarından ibarət nümayəndə heyəti də gedib.

Açar sözlər:

Oxunub: 1008