İlham Əliyevdən yeni müavin təyinatları


23:46     16 Aprel 2016 ilham-eliyev98786.jpg

Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədrinin müavinləri təyin olunub.


Femida.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Namiq Babayev və Bəhram Xəlilov Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavinləri təyin edilib.

Qeyd edək ki, N. Babayev indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini, B. Xəlilov isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri olub.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadədir.

Açar sözlər:

Oxunub: 1883